dini radikalizm və ekstremizmlə mübarizə

Əsgər Adil Tatarov könüllü olaraq ön xətdə xidmətə razılıq vermişdi!

Əsgər Adil Tatarov könüllü olaraq ön xətdə xidmətə razılıq vermişdi!

Qurani -Kərimdə Allah yolunda şəhid olmaq uca bir məqam sayılır.Biz də Allah və Vətən yolunda şəhid olanların diri olduqları qənaətindəyik.Ancaq, bir məqam da var:Nəyə görə şəhid olanların 99 faizi imkansız ailələrin övladlarıdır.Mən, Qarabağ qazisiyəm.1989-cu ildən 1995-ci ilədək Respublikamızın ərazi bütövlüyü uğrunda sidq ürəklə çalışmış, dövlət müstəqilliyinin bərpası üçün can qoymuşam. Dəfələrlə ön xətdə şəhid olmaq və ya yaralanmaq ehtimalı olub.Ancaq, xoş təsadüf nəticəsində sağ qalmışam.
Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində anadan olmuş Adil Tatarovun mayın 20-də Naxçıvandakı hərbi hisələrdən birində xidməti vəzifəsini apararkən şəhid olması xəbəri hamımızı sarsıtdı.Məsələ burasındadı ki, Adil, 4 bacının 1 qardaşı olub.Deyilənlərə görə 3 ay öncə məzuniyyətlə evlərinə gələndə vəsiyyət edib ki, "doğma yurd evinə ya qazi, ya da şəhid kimi qayıdacaq!"Təbii ki, savadsız ata bunun fərqinə varmayıb.Əslində, Adil Tatarovun qəhrəmanlığı hamımıza bir nümunə olmalıdır.Çünki, verilən məlumatlara görə o, çox təkidlə ön xətdə xidmət edib.
Sosial şəbəkədə onun atası Əli əminin fotoları paylaşılıb.Düzü, çox utancvericidir.Utancvericidir ona görə ki, bu cür ailələrə, elə şəxsən mənim özümə də Dövlət Başçısının imzaladığı sərəncamlar demək olar ki şamil edilmir.1 il öncə onların evinə verilən qaz xətti borc səbəbinə görə kəsiləndə rayon rəhbərliyi hara baxırdı?Əsgər ailəsi o sıxıntılı vəziyyətdəmi yaşamalıydı?
Müstəqil Azərbaycanın suyu-çörəyi haramınız olsun, şəhid ailələrini, müharibə əlil və veteranlarını əzab-əziyyətə salanlar.
Mən fəxr edərdim ki, II Qarabağ savaşı başlasın və ön xətdə düşmənə qan udduranlardan biri olum.Ancaq, ailəmin sıxıntılarına yardım edən yoxsa, şəhid olandan sonra valideynlərinə deyiləcəksə də:"Ağsaqqal, sənin oğlunu biz göndərməmişdik ki,özü könüllü gedib və s." bax, budur biabırçılıq.
Mən, Azərbaycanın Dövlət Başçısı cənab İlham Əliyevin humanist və ədalətli insan oldğunu görür və hiss edirəm. İstər Şəhid Milli Qəhrəmanımız Mübariz İbrahimovun, Fərid Əhmədovun meyidlərinin düşmən tərəfdən geri alınmasında, istərsə də, Macarıstanda erməni zabitini qətlə yetirdiyinə görə ömürlük həbs cəzasına məhkum edilmiş Ramil Səfərovun azadlığa çıxmasında, ona növbədənkənar mayor hərbi rütbəsinin verilməsində Silahlı Qüvvələrimizin Ali Baş Komandanının müstəsna xidmətləri var. Ancaq, cənab Prezidentin ətrafında özlərinə rahat mövqe tutmuş Eldar Mahmudov, Əli İnsanov, Səlim Müslümov, Heydər Əsədov... kimilər acgözlükləri ilə həm dövləti, həm də dövlət rəhbərini hörmətdən salırlar.
Dəyərli dostlar, xahiş edirəm, əsgər və ya şəhid ailələrindən yazarkən diqqətli olaq.Çünki Azərbaycan Silahlı Qüvvələri bizim şərəfimiz, bizim ümid yerimizdir. Dahilərdən biri gözəl deyib: "Öz Ordusunu yedirməyən xalq, özgə ordusunu yedirməyə məhkumdur!".Gəlin, əsgər və şəhid ailələrinə, müharibə əlil və veteranlarına qarşı daha diqqətli olaq. Bu qəbildən olanlara qarşı biganəlik göstərənləri qınaq obyektivinə çevirək.


Hörmətlə,


Şamil Sabiroğlu,
Qarabağ qazisi,

Əsgər Adil Tatarov könüllü olaraq ön xətdə xidmətə razılıq vermişdi!
Əsgər Adil Tatarov könüllü olaraq ön xətdə xidmətə razılıq vermişdi!
Əsgər Adil Tatarov könüllü olaraq ön xətdə xidmətə razılıq vermişdi!

Oxunub: 941
Oxşar xəbərlər
SON XƏBƏRLƏR