dini radikalizm və ekstremizmlə mübarizə

Allah rəhmət etsin

Allah rəhmət etsin

Anam Ceyranın əziz xatirəsinə!
Allah sənə rəhmət eləsin əziz anam!
Dostlar yazarkən şeirə qiymət verin Allah hamınızdan razı olsun!
Dünyadan gedən bütün Analarımıza,atalarimiza Allahdan rəhmət diləyirəm!

Solmaz Şirvanlı






Qayıt gəl!

Sənli illərimi haraylayıram,
Nə olar qayıt gəl,anam qayıt gəl!
Torpağa qoyulan günündür bu gün,
Sənə yalvarıram,sonam qayıt gəl!
*
Solubdu bağçada güllərim sənsiz,
Ötdü gözüyaşlı illərim sənsiz,
Ana harayladı günlərim sənsiz!
Sənsizəm,bir cansız,canam qayıt gəl!
*
Qayıt gəl nə olar gülümsər olum,
Dönüm bir nəğməyə ruhuna dolum,
Gəlməsən düşəcək yanına yolum,
Qoyma ki,alısam,yanam qayıt gəl!
*
Adın Ceyran idi,özün bir mələk,
Qırdı ömür yolun o,zalım fələk,
Tez əsdi ömrünə müdhiş bir külək,
Gəl yenə laylay çal,anam qayıt gəl!
*
Sənsizəm,bir hecə-puca dönmüşəm,
Baş-ayaq kədərəm ,suça dönmüşəm,
Karvanı pozulan köçə dönmüşəm,
Kor olur gözlərim anam qayıt gəl!
*
Solmazam,gözlərim qalıbdır yolda,
Qızlara anadır həyatda dalda,
Yoxdur güvəndiyim nə sağda-solda,
Tükəndi taqətim ,anam qayıt gəl!
Qoyma sənsiz qalıb sınam,qayıt gəl!

Oxunub: 1 160
Oxşar xəbərlər
SON XƏBƏRLƏR