dini radikalizm və ekstremizmlə mübarizə

Ankarada Bakının erməni işğalından azad olunmasının 100 illiyi qeyd edilib

Ankarada Bakının erməni işğalından azad olunmasının 100 illiyi qeyd edilib


Ankarada Nuri Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Bakı şəhərini erməni daşnaklarının işğalından azad etməsinin 100-cü ildönümü münasibətilə tədbir keçirilib.

DJB.az AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər və Milli Təhsil Nazirliklərinin, Azərbaycanın Ankaradakı səfirliyinin və Keçiören rayon bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilmiş mərasimdə elm adamları, tanınmış tarixçilər, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra hər iki ölkənin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Səfirliyimizin konsulu Şöhrət Mustafayev, Türkiyə Xarici İşlər Nazirliyinin Qafqaz İdarəsinin şöbə müdiri Kazım Çavuşoğlu, Ankaranın Keçiören rayonu təhsil şöbəsinin müdiri Ayhan İşık, Keçiören rayon bələdiyyə sədrinin müavini Nihat Yıldız və başqalarının çıxışları dinlənilib.

Çıxışlarda Qafqaz İslam Ordusunun Azərbaycan Xalq Cümhuriyyətinin dəvəti ilə həyata keçirdiyi tarixi xilaskarlıq missiyasının ayrı-ayrı istiqamətlərinə toxunulub. Qeyd olunub ki, Nuri Paşanın komandanlığı ilə Azərbaycan xalqının imdadına çatan Qafqaz İslam Ordusunun missiyası hər zaman xalqlarımız tərəfindən böyük ehtiramla yad olunacaq, şəhidlərimizin ruhuna dualar oxunacaqdır.

Daha sonra Ankara Etlik Anadolu İmam Hatip məktəbinin şagirdləri tarixi dövrü əks etdirən səhnə nümayiş etdiriblər.

Mərasim bədii proqramla davam edib.

Oxunub: 775
Oxşar xəbərlər
SON XƏBƏRLƏR