Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları arasında "Xocalı Soyqırımını Tanıtma"ictimai birliyi qədər ön cəbhə ilə nəfəs alan bir təşkilat yoxdur.Fəxr edirəm ki, ictimai birliyin sədri olaraq fəallarımızla birgə və mütəmadi surətdə döyüş bölgələrinə səfər edirik.
Fevralın 11-i Silahlı Qüvvələrimizin bütün hərbi hissə və taborlarında gənc əsgərlərin andiçmə mərasimi keçiriləcək.Müdafiə nazirliyi rəhbərliyinin razılığına əsasən andiçmə mərasimində "Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin bir qrup fəalı da iştirak edəcək.
Qeyd: Bu fotoşəkil Azərbaycan Silahlı Qüvvələrinin ön xətdə yerləşən hərbi hissələrindən birində lentə alınıb. Birliyin fəaliyyətinə diqqət göstərən bütün yaxşı insanlara, o cümlədən, Milli Məclisin deputatları-Elman Məmmədov, Flora Qasımova, Qənirə Paşayeva, Adil Əliyev, Əflatun Amaşov, Azay Quliyev, Sevinc Əliyeva, Azər Badamova təşəkkür edirəm.
Şəkildə: "Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu"i.b.nin sədri, Milli Məclisin deputatı xanım Qənirə Paşayeva ilə birgə ön xətdə zabit, gizir və əsgərlər qarşısında çıxış edərkən.
Hörmətlə,
Şamil Sabiroğlu,
"Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin sədri.