dini radikalizm və ekstremizmlə mübarizə

Sevimli radiomuz

Sevimli radiomuz
10 yanvar 2006 – ci ildə ölkəmizdə tamamilə fərqli bir radio fəaliyyət göstərməyə başladı. O radio İctimai radio 90 fmdi. Yeganə radiodu ki, yarandığı gündən bu günəcən milliliyi qoruyub əlində saxlaya bilib. Fəaliyyətə başladığı andan muğamlarımıza, xalq mahılarımıza, retro mahnılarımıza İctimai radio geniş yer verməyə başladı. Dilimizin təkmilləşdirilməsindən, mədəniyyətimizdən, incəsənətimizin bütün növlərindən radio sujetlər hazırlandı. Verilişə millət vəkilləri, tanınmış elm xadimləri, şairlər, yazıçılar, həkimlər, müəllimlər dəvət olundular. Necə deyərlər, "tək əldən səs" çıxmaz. Bəli, İctimai radio tək olmadı. Sazlı-sözlü nəğmələri ilə, düşündürücü, maarifləndirici verilişləri ilə xalqın rəğbətini, hörmətini qazandı. Xalqın əsl qulaqdaşı İctimai radio oldu. Hara getdimsə hansı idarələrə, qurumlara, şirkətlərə yolum düşdüsə hamının 90 fmin dinləyicisi olduğunun şahidi oldum. "Yeni gün", "Samirlə Harmoniya", "Telli saz", "Həmsöhbət", "Qadın varsa" və neçə-neçə verilişləri bu gün bizim mənəvi dünyamızı zənginləşdirir. Başqa cürə ola da bilməzdi. Çünki İctimai radio xalqın radiosu devizi altında fəaliyyətə başlayıb. İctimai televiziyanın sağ qolu olan İctimai radio qısa zaman kəsiyində fərqlənməyi bacardı. Yeni – yeni verilişlərlə, rubrikalarla biz dinləyicilərin zövqlərini oxşamağı bacardılar. 7-dən 77 -yə hamı bu radionun dinləyicisinə çevrildi. Bir sözlə, İctimai radio xalqın radiosu statusunu əbəs yerə qazanmayıb. Çox hörmətli Cəmil müəllim Quliyev İctimai radio televiziya yayım şirkətinə rəhbər təyin olunandan sonra həm televiziyada, həm də radioda bir sıra yeniliklər oldu ki, bu da həm tv-nin, həm də radionun xalqın sevimlisinə çevrilməsində bir stimul yaratdı. İctimai tv və İctimai radio ölkəmizin birinci televiziyası və radiosu statusunu qazandı. Dövlət rəhbərimiz tərəfindən Evrovision kimi dünyanın ən məşhur mahnı yarışmasının yayım hüquqlarının məhz İtvyə tapşırılması onun Avropada nüfuzunu, hörmətini daha çox artırdı. İtvdə Cəmil müəllim 90 fmdə Aygün xanım, İmir müəllim, Sevil xanım, Kamil müəllim İctimai tvnin və radiosu üçün əllərindən gələni əsirgəmirlər. Ətraflarına gözəl kollektiv cəm ediblər. O kollektiv də öz işlərinə çox məsuliyyətlə yanaşırlar. 24 saat ərzində çox gözəl verilişlərlə istəkli dinləyicilərinin görüşünə gəlirlər. İctimai radioda bir-birindən maraqlı,çox gözəl verilişlər yayımlanır. Mən özüm də bu radionun dinləyicisiyəm. Çoxları informasiyanı internetdə saytlardan alır. Amma mən İctimai radio 90 fmdən bütün lazımlı, gərəkli, faydalı informasiyaları alıram. Biz şairlərin, yazarların yorulduğu, anlar, məqamlar çox olur. Qələmə sarılıb axşama kimi hansısa bir mahnı mətni üzərində, yeni yazdığım şeirlər üzərində işlədiyim, və yaxud məqalələr, müsahibələr üzərində çalışdığım anlar olur. Əziz oxucularımız bunu da yaxşı bilirsiniz ki, hər şairin, yazıçının özünün iş struktru, dincəlmək saatı var. Kimisi yorulanda dənizi müşahidə edir, kimisi bir az yatmaqla yorğunluğunu çıxardır, kimisi gedir bir az idmanla məşğul olur. Və sairə və ilaxıra. Amma inanın ki, əziz oxucularımız mən şəxsən gün ərzində boş vaxtlarımda İctimai radionu dinləməklə bütün yorğunluğumu canımdan çıxarmış oluram. Elə yaxşı ki, günümüzü 90 fmin Yeni gün proqramı ilə başlayır, 90 fmlə nikbin notlara köklənə bilirik. İctimai radio gənclərin həm də gəncliyin radiosudu. Çünki radio özü də gənc radiodu. Gənc radio olmağına baxmayaraq bu gün çox böyük uğurlara imza atıb. O işin başında savadlı rəhbərlik oldusa əlbəttə ki, o işdə müsbətə doğru dəyişikliklər olacaq.Aygün xanım İctimai radio 90 fmə rəhbər gələndən sonra bu bir faktdı ki, İctimai radioda canlanma baş verdi. Gözəl verilişlər, rubrikalar araya-ərsəyə gəldi, istedadlı gənc kadrlar işə cəlb olunmağa başlandı. Belə də olmalı idi. Çünki Aygün xanım həm gənc bir xanımdı, həm də çox intelektli, dəyərli kadrlarımızdan biridi. Çox sevinirəm ki, tələblik illərindən mənim 90 fmlə əməkdaşlığım var. 90 fmdə Aygün xanım İmir müəllim, Sevil xanım, Kamil müəllim, Samir müəllim, Şakir müəllim, Zümrüd xanım həmişə mənə verilişlərində böyük yer ayırıblar. Deyir: " Balığı at dəryaya balıq da bilməsə xaliq biləcək". Heç vaxt kimlərsə sənə bir balaca yaxşılıq edirsə o yaxşılığı gərək ömür boyu unutmayasan. Dəfələrlə 90 fmin verilişlərində qonaq olmuşam. Sevə-sevə mahnılarımı, şeirlərimi səsləndiriblər. İctimai radio bu gün artıq bütün türk dünyasının sevimli radiosudu. Bu da İctimai tvlə ilə qardaş ölkənin televiziyası Trt Avazın birgə sıx əməkdaşlıqlarının məhsulu olan "Qorqud ata" layihəsinə görədi. Həftə içi hər gün "Qorqud ata" layihəsi İctimai radioda yayımlanır.
Bir sıra məşhur aparıcılarımız var ki, həmin aparıcıların debutu məhz bu İctimai radio 90 fm dalğasından başladı. O aparıcılardan biri də sevimli aparıcı dostumuz Fəxriyyə Lilpar İsayevadı.
Fəxriyyə xanımın
Keçmiş iş yeri İctimai radio haqda ürək sözləri.

Fəxriyyə Lilpar İsayeva.

İctimai radio maariflənmə, ədəbi-bədii mühitin işıqlanmasına xidmət edir.
4 departamentdən ibarətdir.
Ədəbiyyat və incəsənət
Musiqi və əyləncə.
Ümumiyyətlə bu kanal məhşur simaların şöhrəti üzərində dayanmadı yeni simalar yetişdirdi.
Bu kanalın mənim həyatımda böyük rolu var. İctimai televiziyası və radiosu şəxsən mənim üçün bir məktəbdi. Özümü çox şanslı adam hesab edirəm ki, mən o məktəbin bir yetirməsiyəm.

Hal-hazırda İctimai radioda "Həmsöhbət" adlı verilişin müəllifi və aparıcısı əziz dostum, gözəl insan Kamil Məhərrəmoğlunun İctimai televiziya və radio yayımları şirkəti haqqında fikirləri ilə tanış olaq.

Mən 2005-ci ildən İctimai televiziya və radio yayımları şirkətində çalışıram. Və bununla fəxr edirəm. 2010-cu ilə qədər televiziyada bir çox tarixi filmlərin müəllifi olmuşam, bir çox verilişlərin , məsələn -"Körpü", "Ovqat" və sair verilişlərin redaktoru olmuşam. Sonra həyatımı radioya bağlamışam, radio mənim üçün hər şey deməkdir, mən onunla nəfəs alıram, "Həmsöhbət" verilişimin qonağı olan hər bir, elm, mədəniyyət, incəsənət və ədəbiyyat adamları ilə ünsiyyətdə olduqda yeni fikirlər, ideyalar doğur qəlbimdə.......Hər verilişim mənim üçün əziz və doğmadır........

İctimai radio 90 fmin daha bir tanınan səsi, "Samirlə harmoniya" verilişinin aparıcısı Əziz dostum Samir Bağıroğlunun fikirləri ilə tanış olaq.

İctimai radio mənim üçün doğma bir radiodu. Bizim doğma evimizdi. Bu radionun ilk səsi mən olmuşam. 2006 -ci il yanvarın 10-nunda radioların sırasına bir radio da əlavə olundu. Bu xalqın radiosu İctimai radio idi. Mən xoşbəxtəm ki, bu radio üçün neçə-neçə səslərin içindən məhz mənim səsim seçildi. Radionun açılış səsi kimi mənim səsimdən istifadə olundu. Xoşbəxtlikdən həmin gün Qurban bayramı idi. İctimai radio mənim üçün bir tarixdi. Çox sevinirəm ki, çox şadam ki, ictimai radionun tarixində mən də varam. İctimai radioda bir çox proqramları mən aparmışam. Hal-hazırda İctimai radioda 3 proqram aparıram. Duyğulu duyğusal melodiyalar yaxın uzaq illərin nostalji mahnıları həftədə 3 gün axşam saat 22: 00 da "Harmoniya" verilişimdə səslənir. Və eyni zamanda həftədə bir dəfə yazıçı- dramaturq İmir Məmmədli ilə bir yerdə "Söz yolçusu" adlı bir proqram dinləyicilərə təqdim edirik. Bu verilişdə dünya ədəbiyyatının tanınmış yazıçılarından, şairlərindən danışırıq. Nə yaxşı, ictimai radio var. Və nə yaxşı ki, mən ictimai radionun tanınan səsiyəm.


Fuad Biləsuvarlı
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident mükafatçısı, nəğməkar şair-yazar

Oxunub: 970
Oxşar xəbərlər
SON XƏBƏRLƏR