dini radikalizm və ekstremizmlə mübarizə

O, bir Azərbaycan sevdalısıdır!

O, bir Azərbaycan sevdalısıdır!
Kimliyindən, siyasi əqidəsindən asılı olmayaraq bütün soydaşlarımız Azərbaycanın işğal edilmiş ərazilərinin geri qaytarılması, ərazi bütövlüyünün bərpası naminə əllərindən gələni əsirgəməməlidir.
Belə insanlardan biri də hazırda Türkiyənin Uşak şəhərində yaşayan Sezayi Daşdemirdir.O,Türkiyənin Milliyətçi Hərəkat Partiyasının fəallarındandır.Hazırda 25 min nəfərlik bir ali tədris ocağında dərs deyir.Sezayi müəllim Azərbaycan və Türkiyə sevdalısıdır.
O,əslən oğuz türküdür, baba-nənəsi XX əsrin əvvəllərində müəyyən səbəbdən Azərbaycanı tərk edib.Sezayi Daşdemir öz tərəfdarları ilə birlikdə Azərbaycan həqiqətlərinin tanınması üçün əllərindən gələni əsirgəmir.
Bu gün Sezayi Daşdemir hocamın ad günüdür.O, hələ də Azərbaycana səfər etməyib. Mən, rəhbərlik etdiyim Təşkilatın bütün fəalları adından hörmətli Sezayi Daşdemiri doğum günü münasibətilə təbrik edir, 2018-ci ilin Novruz şənliklərində iştirak etməsi üçün onu ailə üzvlərilə birgə Bakıya dəvət edirəm.
Çok kiymetli Sezayi Daşdemir hocam, doğum gününü kutlar,başarılar dilerim!

Hörmətlə,


Şamil Sabiroğlu,
Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma"
ictimai birliyinin sədri.

O, bir Azərbaycan sevdalısıdır!
O, bir Azərbaycan sevdalısıdır!
O, bir Azərbaycan sevdalısıdır!

Oxunub: 879
Oxşar xəbərlər
SON XƏBƏRLƏR