Belarus Prezidenti Aleksandr Lukaşenkonun tapşırığı ilə ölkənin sərhəd qoşunlarında döyüş hazırlığının qəfil yoxlanılmasına başlanılıb.
Bu barədə Belarusun dövlət təhlükəsizliyi katibi Aleksandr Volfoviç məlumat verib.
Onun sözlərinə görə, yoxlama Dövlət Sərhəd Komitəsinin bölmələrini, xüsusilə də ən mobil manevr qruplarını əhatə edir. Sərhəd xidmətinin bütün birləşmə və dəstələrindəki manevr qrupları tam döyüş hazırlığı vəziyyətinə gətirilib.
Yoxlamaya Ukrayna ilə həmsərhəd olan Brest və Qomel istiqamətlərindəki sərhəd bölmələri də cəlb olunub. Həmçinin, Lida sərhəd dəstəsində yoxlamalar aparılır.
Oxunub: 10