Avropa İttifaqı (Aİ) də eyni addımı atacağı təqdirdə Bern Rusiyaya qarşı sanksiyaları ləğv edəcək.
Djb.az "Ölkə.az"-a istinadən xəbər verir ki, bunu İsveçrənin iqtisadiyyat naziri Qay Parmelin "ATS Kingston" xəbər agentliyinə açıqlamasında deyib.
"Aİ sanksiyaları ləğv etsə, İsveçrə də qanuni çərçivəyə uyğun olaraq bunu edəcək", - nazir bildirib.
Parmelin Rusiyaya qarşı tətbiq edilən sanksiyaların İsveçrə iqtisadiyyatına təsir etdiyini etiraf edib. O vurğulayıb ki, Bern onların İsveçrəyə təsirini azaltmaq üçün aidiyyəti müəssisələr və cəlb olunmuş banklarla sıx əməkdaşlıq edir.
İsveçrə bitərəf statusuna baxmayaraq, Aİ-nin Rusiyaya qarşı elan etdiyi sanksiyaları dəstəkləyib.
Oxunub: 400