dini radikalizm və ekstremizmlə mübarizə

Bayden Putinlə apardığı telefon danışığının detallarını açıqladı

Bayden Putinlə apardığı telefon danışığının detallarını açıqladı

ABŞ prezidenti Cozef Bayden Rusiya prezidenti Vladimir Putinlə apardığı telefon danışığı barədə məlumat verib.

Djb.az-ın məlumatına görə, Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, Bayden Putinlə apardığı söhbətin səmimi olduğunu deyib: “Bu həftənin əvvəllərində Rusiya prezidenti Vladimir Putinlə ölkələrimiz arasındakı münasibətlər barədə danışıqlar apardım. Səmimi və qarşılıqlı hörmətin olduğu bir söhbət baş tutdu. Putinə münasibətlərimizin daha yaxşı ola biləcəyini dedim. Rusiya və ABŞ qlobal sabitlik üçün əhəmiyyətli dərəcədə məsuliyyət daşıyan iki böyük gücdür. Həm ruslar, həm də amerikalılar qürurlu və vətənpərvər insanlardır. İnanıram ki, Amerika xalqı kimi rus xalqı da dünyamızın sülh və təhlükəsiz gələcəyində maraqlıdır”.
Bayden çıxışının davamında bildirib ki, Rusiya ilə münasibətlərinin pisləşməsini istəmir ancaq sanksiyaların tətbiqi davam edəcək.

Oxunub: 610
Oxşar xəbərlər
SON XƏBƏRLƏR