Helsinki polisi dekabrın 6-da - Finlandiyanın Müstəqillik Günündə keçirilən mitinqlər zamanı ümumilikdə 13 nəfəri saxlayıb.
APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə şəhər polisinin “Twitter” səhifəsində məlumat yayılıb.
Həbs olunanlar əsasən mitinqə müdaxilə etmək istəyənlər və iğtişaşlar törətməyə çalışanlardır.
Finlandiyanın paytaxtında cümə günü bir neçə nümayiş keçirilib. Ümumilikdə polisə altı fərqli aksiya, o cümlədən 250 iştirakçının toplaşdığı “Odinin əsgərləri” miqrantlar əleyhinə küçə patrullarının hərəkatı və 2,7 min insanın qatıldığı “Nasistlərsiz Helsinki” aksiyası barədə məlumatlar daxil olub.
Oxunub: 493