dini radikalizm və ekstremizmlə mübarizə

Corc Soros "İlin adamı" seçildi

Corc Soros "İlin adamı" seçildi
Britaniyanın "Financial Times" (FT) qəzeti maliyyəçi Corc Sorosu "İlin adamı" seçib.

Xarici mətbuat xəbər verir ki,o, əldə etdiyi nailiyyətlərə görə "İlin adamı" adına layiq görülüb.

Soros 30 ildən çoxdur ki, xeyriyyəçilik yolu ilə avtoritarizm, rasizm və dözümsüzlüklə mübarizə aparır.

Qeyd edək ki, dünyanın ən zəngin insanlarından olan Soros "Soros İdarəetmə Fondu"nun təsisçisi və rəhbəridir. "Forbes" jurnalının məlumatına görə, onun sərvəti təxminən 25 milyard dollar təşkil edir.

2016-cı ilin fevralında "CNN" telekanalının verdiyi məlumata görə, Soros Respublikaçı Donald Trampun rəqibi Demokratik namizəd Hillari Klintonun prezidentlik kampaniyasına 6 milyon dollar bağışlayıb.

Oxunub: 704
Oxşar xəbərlər
SON XƏBƏRLƏR