dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyə XİN: "Narahatlıqla qarşılayırıq"

“Azov dənizində baş verən hadisəyə görə narahatıq”.

Djb.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi Azov dənizində Rusiya gəmisinin Ukrayna gəmisini atəşə tutması ilə bağlı yaydığı açıqlamasında bildirib.


"Azov Dənizi və Kerç Boğazında baş verən prosesləri və artan gərginliyi izləyirik. Bu çərçivədə Ukraynaya məxsus gəmilərə atəş açıldığı və yaralılar olduğu barəsində xəbərləri narahatlıqla qarşılayırıq. Qara dənizsahili ölkələrindən biri olaraq, Kerç boğazından giriş və çıxışlara maneələr yaradılmamasının vacibliyini vurğulayırıq. Rusiya və Ukraynanı beynəlxalq hüquqa hörmət etməyə, gərginliyi artırmamağa çağırırıq", - deyə bəyanatda bildirilib.

Oxunub: 709
Oxşar xəbərlər
SON XƏBƏRLƏR