İordaniyanın qərbində yağan aramsız leysan yağışları sel və daşqınlara səbəb olub.
ATV.az Anadolu-ya istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 18 nəfər həlak olub, daha 34 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. İordaniya telekanallarının verdiyi məlumata görə daşqınlar zamanı şagirdləri daşıyan avtobus da sel sularına təslim olub və nəticədə oradakı 10 şagird həyatını itirib. 22 nəfər isə ətrafdakıların köməkliyi ilə xilas edilərək xəstəxanalara çatdırılıb. Yaralılardan 3-nün vəziyyəti ağır qiymətləndirilir.Baş vermiş hadisəylə əlaqədar olaraq İordaniya kralı Abdullah Bəhreyn səfərini təxirə salıb.