Jurnalist Camal Qaşıqçının cəsədinin parçaları quyuda tapılıb.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vətən Partiyasının rəhbəri Doğu Perinçek söyləyib. Onun sözlərinə görə, cəsədin aşkarlandığı quyu Səudiyyə Ərəbistanı Konsulluğu ərazisində yerləşir.
O, Ərdoğanın bu gün bunun barədə açıqlama verəcəyini deyib.
Qeyd edək ki, Türkiyə lideri Ərdoğan bir neçə gün öncə 23 oktyabrda Qaşıqçı ilə bağlı çox önəmli açıqlamalar verəcəyini anons etmişdi.