ABŞ-ın keçmiş prezidenti Barak Obama xanımı Mişel Obama ilə birlikdə internet üzərindən film və verilişlərin yayımı ilə məşğul olan "Netflix” şirkətiylə uzunmüddətli müqavilə bağlayıb.
"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 44 yaşlı eks-prezident bundan sonra xanımı ilə müxtəlif mövzularda film və serial çəkəcək. Obamalar üçün hətta "Higher Ground Productions” adlı xüsusi şirkət də yaradılıb.
"Biz dövlət aparatında işləyəndə bizim üçün ən böyük xoşbəxtlik həyatın müxtəlif sferalarında çalışan insanlarla tanış olmaq şansımızın olması idi. Bu səbəbdən Mişellə birlikdə "Netflix”lə əməkdaşlığa başladıq və inanırıq ki, istedadlı, yaradıcı insanları tanıtmağa kömək olacağıq”, - deyə Obama açıqlamasında bildirib.