2018-ci ildə Gürcüstan prezidentliyinə ən yaxşı namizəd mən olacağam.
Axar.az xəbər verir ki, bunu “Palitranyus” televiziyasına müsahibəsində Gürcüstan parlamentinin eks-spikeri Nino Burcanadze söyləyib.
“Mən özümdən daha yaxşı namizədin ortaya çıxacağından şübhəliyəm. Əgər belə insan olsa, mən nəinki namizədliyimi geri çəkəcəyəm, həm də səsimi ona verəcəyəm”, - Burcanadze vurğulayıb.
Qeyd edək ki, Nino Bucanadze rusiyayönlü siyasətçidir. O, ölkəsinin avroatlantika kursundan imtina edərək, Moskva ilə müttəfiqliyə can atması gərəkdiyini təşviq edir.
Gürcüstanda prezident seçkisi bu ilin payızında baş tutacaq.