Ukraynalı deputat, millətçi lider Dmitri Yaroş Krımın azad edilməsini nəzərdə tutan xüsusi planı elan edib.
Axar.az xəbər verir ki, Yaroş Kiyevin yalnız Donbasda deyil, həmçinin Krım, Kuban və digər etnik Ukrayna ərazilərində də hakimiyyətlərini bərpa edəcəyini bildirib.
Ukraynanın həddən artıq problemləri olduğunu qeyd edən millət vəkili həmçinin xaricə üz tutan həmvətənlərini dövlətçilik və Ukrayna qanunlarını qorumaq uğrunda mübarizədə dəstək olmağa çağırıb.