Mən bir qadın tanıdım adı kimi özü də qeyri adı hər kəsə bənzəməyən cəfakeş Türk qadını!
Mən bir xanım tanıdım , xanımlığı ilə xanımlara örnək!
Mən bir qadın tanıdım, namusu qeyrəti, əxlaqı, zərafəti, mədəniyyəti ilə çoxlarına örnək olan !
Mən bir övlad tanıdım böyüklərini baş tacı bilən, kiçiklərə qanad olan böyük ürək sahibi!
Mən bir qadın tanıdım, həyat yoldaşına arxa-dayaq olan ömür gün sirdaşı!
Mən bir ana tanıdım, qüsursuz ana, ideal ana, dünya sevimlisi !
Mən bir qadın tanıdım zənginliyi ruhunda daşıyan , cismində heç kimə bənzəməyən!
Mən bir ana tanıdım pərvanənin ətrafında şam kimi yanaraq övladları üçün ömür sürən!
Mən bir həyat yoldaşı tanıdım sədaqəti, məhəbbəti ilə örnək olan!
Mən bir bibi tanıdım ağzı dualı, alnı səcdəli, qəlbi mərhəmətli!
Mən bir imanlı xanım tanıdım, dövlətinə, millətinə, xalqına sədaqəti ilə seçilən!
Səni təbrik edirəm möminə xanım, xanımlara örnək xanım.
Səni təbrik edirəm duasını məndən, övladlarımdan əskik etməyən gözəl İndiram!
Hörmətlə: Almaz İLAHƏ
Oxunub: 45