Xalqını, millətini, dövlətini sevən hər bir rəhbər ölkəsinin gələcəyini düşünməli, onun yüksəlişi üçün çalışmalıdır.Ölkəsinin inkişafınıtəmin etmək məqsədi ilə planlar qurmalı,məqsədyönlü addınmlar atmalıdır.
Azərbaycan xalqı da daim öz millətini, dövlətini və onun mənafeyini düşünən bir dövlət başçısına sahibdir.Prezidentimiz cənab İlham Əliyev geri qaytarılan torpaqlarımızla bağlı bir sıra irimiqyaslı tədbirlərin həyata keçirilməsini zəruri hesab edir.
Ölkə başçımızın fikrincə Azərbaycan öz ərazilərinin xeyli hissəsini həm hərbi, həm də sülh yolu ilə qaytarıb, indi bizim əsas vəzifəmiz həmin ərazilərin bərpa edilməsi, keçmiş köçkünlərin qaytarılması və bu insanların normal həyatının təmin olunmasıdır.Bunu mərhələli şəkildə həyata keçirmək lazımdır.Ərazilərin bərpa olunması üçün bütün imkanlar səfərbər olunacaq. Dövlətin 2.2 milyard manat investisiyası bir başlangıcdır. Qarabağın bərpası barədə təklif edilmiş investisiya proqramından bu il həyata keçiriləcək layihələrdən təxminən 1 milyard manatı demək olar ki paylanıb.Layihələr infrastruktur layihələrdir.Bunlar elektrik enerjisi, yollar, dəmir yolları, minalardan təmizlənmə və s. dir.
Hər bir inkişaf yoldan başlanır.Bu məqsədlə inşa olunan yollar bölgənin inkişafını sürətləndirəcək və regionun transit əhəmiyyətini artıracaq.Görüləcək infrastruktur layihələr hesabına Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər.Bu da öz növbəsində regionun geosiyasi statusunu dəyişdirəcək.
Tikilməkdə olan yeni aeroportla yanaşı Şuşa şəhərinə 2 avtomobil yolu salınır.Yollardan birinin adı Qələbə yoludur.Bu yollar vasitəsilə xaricdə yaşayan azərbaycanlılar və digər ölkələrin vətəndaşları da Qarabağa gəlmək imkanına malik olacaqlar
Böyük qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib.Bundan sonar əcnəbi investorlar daha fəal şəkildə sərmayə qoyacaqlar.
Bütün bu məsələlərdə Azərbaycan xalqı öz prezidentinın yanında olacaq.Öz qalib sərkərdəsini hər zaman dəstəkləyəcəkdir.
Rəşad Əliyev
Biləsuvar rayon Çaylı kənd tam orta məktəbin direktoru
Oxunub: 310