dini radikalizm və ekstremizmlə mübarizə

Onun hər yaşında bir itkisi , bir əməliyyat izi vardı ....


Mən bu yaşa asan gəlmədim.
Anamın gedişindən keçdim.
Ailənin əksilməsindən keçdim.
Bəzi süfrələrin səssizliyindən, bəzi evlərin boşluğundan keçdim.

Bədənin yorulduğu, ruhun susmaq istədiyi zamanlardan keçdim.
Amma öyrəndim:
İnsan bəzən yıxılmaz,
sadəcə əvvəlki halına sığmaz.
Geridə qalanlar oldu.

Yarım qalanlar oldu.
Vaz keçdiklərim oldu.
Məni buraxıb gedənlər oldu.....
Cəsarətli kimi danışıb, üzləşməkdən qaçanlar oldu.

Hamısına təşəkkür edirəm.
Çünki kim qaldısa gerçək idi, kim getdisə gərəkli idi.
Bu gün dönüb baxanda ən böyük sərvətimin pul deyil,
yetişdirdiyim qəlblər olduğunu görürəm.

Uşaqlarım...

Mənim həyata buraxdığım ən qiymətli iz.
Mən düşdüyüm yerdən qalxmağı öyrəndimsə, onlar dimdik yürüsün deyə öyrəndim.
Mən susduysam, onlar qorxmadan danışsın deyə sustum.
Mən savaşdımsa, onlar özünü sevsin deyə savaşdım.

Bu gün də kimsəyə bir şey isbatlama dərdim yoxdur.
Nə qaldımsa oyam.
Nə öyrəndimsə mənimdir.
Nə atlatdımsa gücümdür.

Və artıq bilirəm:
Bəzi insanlar yaş alır,
bəziləri isə külündən doğar.
Mən ikincisiyəm.

Qəlbi təmiz olanlara qapım,
maska ilə yaşayanlara məsafəm,
həqiqəti sevənlərə sevgim həmişə açıqdır.
Və bu sətirləri oxuyan hər kəs bunu bilsin:

Həyat səni qırmış ola bilər,
amma yenidən qurmaq haqqını əlindən ala bilməz.
Mən də o yollardan keçənlərdənəm...
Səssiz ağrıları içində böyüdən,amma hər səhər yenə günə baxmağı bacaranlardan.
Bəzən içimdə bir qırıq səs danışır , “yetər” deyir,

amma ruhum başqa cür bilir:insan ən çox yorulduğu yerdə yenidən doğulur.
Mən itirdiklərimlə azalmadım,sadəcə dəyişdim.
Hər ayrılıq məni bir az daha özümə yaxınlaşdırdı.
İndi bilirəm , ümid elə uzaqda deyil.

O, insanın içində gizlənir,sadəcə onu qorumağı bacarmaq lazımdır.
Mən hələ də inanıram…Gecənin ən qaranlıq yerində belə
səhərə açılan bir yol var.Və mən o yolu seçənlərdənəm.
Yıxılsam da,yenə ayağa qalxanlardan…


Aynur Azəri

Oxunub: 2
Oxşar xəbərlər
SON XƏBƏRLƏR