dini radikalizm və ekstremizmlə mübarizə

Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verib

Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verib

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verib.

Bu barədə "News.ru" məlumat yayıb.

"Həlak olmuş Azərbaycan dənizçilərinin doğmalarına və yaxınlarına səmimi başsağlığımı bildirmək istərdim. Ölüm həmişə faciə, kədərdir", - Qaluzin bildirib.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, Azov dənizinin Taqanroq körfəzində iki xarici yük gəmisinə pilotsuz uçuş aparatları ilə hücum nəticəsində ölkənin beş vətəndaşı həlak olub, üç nəfər isə yaralanıb.

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR