dini radikalizm və ekstremizmlə mübarizə

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var


Rusiya Federasiyasının Xantı-Mansi Muxtar Dairəsində içərisində səkkiz sərnişinin olduğu qayıq Ob çayında aşıb.

Bu barədə İstintaq Komitəsinin Nəqliyyat üzrə Mərkəzi Regionlararası İstintaq İdarəsinin mətbuat xidmətindən bildirilib.

"İlkin məlumatlara görə, iyunun 5-i səhər saatlarında Oktyabrsk rayonunda Ob çayında 8 sərnişini olan kiçik gəmi aşıb. Hazırda həlak olanların və xəsarət alanların sayı müəyyənləşdirilir", – məlumatda qeyd olunub.

Su nəqliyyatı vasitələrinin hərəkəti və istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması ilə bağlı cinayət işi başlanıb, müstəntiqlər hadisənin təfərrüatlarını araşdırırlar.

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR