İlahə cənnət mələyi
Şairə Almaz İlahə Əhmədovanın vaxtsız dünyasın dəyişən mərhum qızı İlahəyə İthaf edirəm.
Heyif ki dərdini,
Bilə bilmədim.
Heyif ki,dərdindən,
Ölə bilmədim.
Quruyub qalmışam,
Şəklinə baxıb.
Surətin gözlərin,
Bulaq tək axıb.
Heyif camalından,
Heyif uzundən.
Ulfət baxışından,
Şəhla gözundən.
Dunyada gözəllik,
Nur danəsisən.
Adın İlahədir,
Özun mələksən.
Göyçəksən -qəşəngsən,
Su sonası tək.
Şirinsən, şəkərsən
Almaz xanım tək.
Guləruz şəklin də,
Deyib güləndi.
Elə bil dünyalar,
Geri gələndi.
Durma qəm-kədərli,
Kuskun baxışla.
Başıma dünyanın,
Qarı naxışla.
Dəryayam borcum var,
Verə bilmirəm.
San ki, duyğusuzam,
Dinə bilmirəm.
Qəmli nəğmə.
Mən səni özumə həmdəm bilmişəm,
Nə edim tərk edib, hər an qaçırsan.
Bulud tək boşalıb, gah da dolursan,
Bəzən də gunəş tək, şəfəq saçırsan.
Oxudum niyyətin, ağlar gözundən,
Qəlbləri sızladan, qəmli sözundən.
İstədim dərdini soram özundən,
De puşünhan sirrini, kimə açırsan.
İstədim gözünün, yaşını siləm,
Nəvaziş gösdərib dərdini biləm.
Onunla hərzaman ağlayam güləm,
İtirib yolları səmti çaşırsan.
Uca dağlar kimi başın dumandır,
Gözlərin gülməyir, xeyli zamandır.
Bilirəm tənhalıq dərddən yamandır,
Tufan tək qorunub, çay tək daşırsan.
Bir busə istədim bal dodağından,
Arabir qızaran al yanağından.
Qaçmaram heç yana yad qabağından.
Gülərək söylədin, həddin aşırsan.
Gilənin gözləri qalıb yolunda,
Gözündə nur qalmıb,btaqət qolunda.
Qoymadın dolanım sağı solunda,
Bulbul tək baş alıb, hara uçursan.
Canan
Azəri yurdunun, tuşürfə gəlini,
İsdərəm ömürlük mehmanın olum.
Baxıb camalına sərvi boyuna,
Əbədi mən sənin sevgilin olum.
Qaşların bənzətdim göydə hilalə,
Siyah zülfün dağdan axan şəlalə.
Ləblərin şəkrdir, ağzın piyalə,
Şəms tək devrəndə, pərvanən olum.
Ahu baxışların aldı canımı,
Urəkdə gəl qoyma, arzu kamını.
Eşqin şərbətiylə, doldur camımı,
Qoy içib şərbətdən, divanən olum.
Mərd anasan Almaz xanım
Sən müqəddəs amal uçun,
Saf əqidə kamal uçun.
Aya bənzər camal uçun,
Çalışmısan Almaz xanım.
Uca dağların qarlısan,
Əzəməti vüqarlısan.
Göy çəmənlər maralısan,
Bir ahusan Almaz xanım.
Hər bir kəlmən bir dastandır,
Gul çiçəkli bağ bostandır.
İgid basılmaz aslandır,
Bir ümmansan Almaz xanım.
Hər göruşə atılırsan,
Xeyir işə qatılırsan.
El oduna alışırsan,
Barlı bağsan Almaz xanım.
Sənə Gilənin sözu var,
Uzundə həsrət izi var.
Sözün əyri həm düzü var,
Mərd anasan Almaz xanım.
Mirrəhim Seyid Qazimiz
Gözümün nuruda vətən uçundur,
Azad huşürr yaşamaq igid üçündur.
Qələbəm sevincim, elim üçündur.
Almazın oğluyam, Mirrəhim Seyid,
Anam qurban kəsib, qurbanlar deyib.
Vermişəm döyuşdə, gözuşümü qurban,
Həyat azadlıqdır, bilənə qurban.
Yaralı gözuşümə, söylənir qurban,
İgid Qazimizsən sınaqdan keçdin,
Ağır imtahandan olmazın seçdin.
Fədakar döyüşdün,irəli getdin,
Təki vətən sağ olsun igidlik etdin.
Dostlardan nigaran,tukəndin bitdin.
Fikrin əsgərlərdə, necədir görən,
Acdır, susuzdurmu uşumur görən?
Yalnız bir amalla, yaşadın durdun,
Qarabağı qorudun düşməni vurdun,
Atını çaparaq Şuşaya sürdün,
Şad xəbər gətirdin,dilin var olsun,
Qarabağ alındı,vətən sağ olsun.
Yaşamaq çox gözəl,şirindir dedin,
Qarabağ uğrunda, döyuş istədin.
Gözünü istədi, qırpmadan verdin,
Bayrağı ucaltdın,qanın canındır,
Qarabağ bizimdir, Azərbaycandır.
İti qovan kimi qovdun duşməni,
Verdin Prizdentə güllü-gülşəni.
Gilə Dərya vəsf etdi şeirlə səni,
Mirrəhim eşqindən səlnaməsindən,
Uzun döyuş yolu xatirəsindən.
Oxunub: 3 191