dini radikalizm və ekstremizmlə mübarizə

Pakistan Azərbaycanın iqlim gündəliyinin irəli aparılması səylərini yüksək qiymətləndirib

Pakistan Azərbaycanın iqlim gündəliyinin irəli aparılması səylərini yüksək qiymətləndirib

Pakistan Azərbaycanın 2026-cı ildə Ümumdünya Ətraf Mühit Gününün keçirilməsində oynadığı rolu yüksək qiymətləndirir.

Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.

"Ümumdünya Ətraf Mühit Günü münasibətilə Pakistan iqlim dayanıqlığının artırılması və davamlı inkişafa sadiqliyini bir daha təsdiqləyir. Biz Azərbaycanın Ümumdünya Ətraf Mühit Gününün keçirilməsindəki rolunu və bəşəriyyət qarşısında duran ən aktual problemlərdən biri üzrə dialoqa verdiyi töhfəni yüksək qiymətləndiririk. Biz birlikdə daha təmiz, təhlükəsiz və dayanıqlı gələcək naminə öhdəliklərimizi konkret addımlara çevirməliyik", - XİN-in məlumatında bildirilib.

Pakistan XİN həmçinin dünya ictimaiyyətini təmiz, təhlükəsiz və dayanıqlı gələcəyə nail olmaq naminə konkret addımların həyata keçirilməsi üçün öhdəliklər götürməyə çağırıb.

Xatırladaq ki, Azərbaycan BMT-nin Ətraf Mühit Proqramının (UNEP) xətti ilə 2026-cı il iyunun 5-də Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək.

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR