dini radikalizm və ekstremizmlə mübarizə

Dəniz kənarı ilə gedən avtobusun hərəkət sxemi dəyişdirildi

Dəniz kənarı ilə gedən avtobusun hərəkət sxemi dəyişdirildi

537 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Djb.az xəbər verir ki, bu barədə Axar.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, Novxanı-Pirşağı yolunda (Sahil küçəsi) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Məhdudiyyət səbəbindən 537 nömrəli müntəzəm marşrutun hərəkəti 52-ci Bağlar, 13-cü Bağlar və 18-ci Bağlar küçələri ilə təşkil edilib.

Qeyd edək ki, daha əvvəl sözügedən marşrutun yol əvəzinə dəniz kənarı ilə hərəkət etməsi ilə bağlı görüntülər yayılmışdı.

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR