Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayev barəsində ittiham aktı ilə birlikdə cinayət işi məhkəməyə göndərilib.
Djb.az modern.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatında bildirilib.
Qeyd edilib ki, işə Ermənistanın Sünik vilayətinin (Zəngəzur) məhkəməsində baxılacaq.
Xatırladaq ki, oktyabrın 1-də Azərbaycan hərbçisi Nəsimi Musayev naməlum şəraitdə Ermənistanın Sünik vilayətinin Şəki kəndinə keçib. Orada onu saxlayıblar.
Ermənistan tərəfi onun barəsində cinayət işi açıb və 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Nəsimi Musayevə Ermənistan Cinayət Məcəlləsinin beş maddəsi üzrə cinayət işi açılıb.
O, Ermənistan vətəndaşı, 1987-ci il təvəllüdlü Ani Avetisyanı odlu silahla yaralamaqda da ittiham olunur.
Oxunub: 0