Mingəçevir Gənclər Evində "Gənc İstedadlar" layihəsi çərçivəsində şeir nominasiyası üzrə yarış keçirilib.Yarışın keçirilməsinin əsas məqsədi gənclərin istedadını üzə çıxarmaq və yaradıcılıq potensialını inkişaf etdirməkdir. Qeyd edək ki, bu yarışlar gənclərin bədii ifaçılıq bacarıqlarını artırır və onların ədəbi mühitə inteqrasiyasına dəstək olur.
Tədbirdə layihənin rəhbəri Ləman Bəylərova, şeir nominasiyası üzrə yarışın təşkilatçısı Humay Baxışova, münsiflər heyətinin üzvləri Elşən İsmayılov və Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin üzvü,Məmməd Mərzili,gənc yazar Nərmin Əliyeva iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan tədbirin təşkilatçısı Humay Baxışova iştirakçıları salamlayaraq onlara uğurlar arzuladı.Daha sonra gənclər öz şeirlərini münsiflər heyətinə təqdim etdilər və çıxışlar peşəkar şəkildə qiymətləndirildi.
Tədbirin sonunda gənclərlə öz dəyərli məsləhətlərini verən Məmməd Mərzili şeiri ilk növbədə duymaq və görmək lazımdır deyib. Ətrafınızdakı hadisələrə, hisslərə və detallara diqqət yetirin, poeziya təkcə sözlərin düzülüşü deyil, şairlə oxucu arasında yaranan emosional körpüdür deyib.
Azərbaycan yazıçılar birliyinin Mingəçevir bölməsinin üzvü Nərmin Əliyeva keçirilən yarışda çıxış edərək yeniyetmələrə mütaliə etməyi, özünütəhsilə vaxt ayırmağı və çətinliklərdən çəkinməməyi məsləhət gördü. Onlara yaradıcılıq prosesində uğursuzluqları təcrübə kimi qəbul etməyi, bədii əsərləri dərindən təhlil edərək oxumağı və üslub üzərində daim işləməyi tövsiyə edib.
Yarış iştirakçılar və izləyicilər tərəfindən böyük maraqla qarşılandı və gənclərin yaradıcılıq potensialının nümayiş etdirilməsi baxımından uğurla başa çatdı.
Esmira Hidayətova,Mingəçevir.
Oxunub: 0