dini radikalizm və ekstremizmlə mübarizə

Xəzər Universitetinin tələbələri Beynəlxalq Muzeylər Gününə həsr olunmuş seminarda


AMEA Arxeologiya və Antropologiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə 2026-cı il mayın 15- də “18 May – Beynəlxalq Muzeylər Günü”nə həsr olunmuş “Rəqəmsallaşdırma kontekstində mədəni irsin qorunması və tədqiqi” mövzusunda seminar keçirilmişdir.

Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, Dos. Sevinc Nəsirova muzeylərin rəqəmsal transformasiyasının əhəmiyyətindən danışmış, müasir texnologiyaların ekspozisiya və elmi tədqiqat sahəsində yaratdığı imkanları vurğulamışdır. Sonra AAİ-nin ümumi işlər üzrə direktor müavini, Dos. Şövqü Həsənov rəqəmsal humanitar elmlərin inkişafının mədəni irsin qorunmasında mühüm rol oynadığını qeyd etmişdir.

Seminarın akademik hissəsində AAİ-nin Elmi ekspozisiyanın təşkili şöbəsinin böyük elmi işçisi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının professoru Məlahət Fərəcova açıq hava altında olan muzeylərdə rəqəmsal texnologiyaların tətbiqi və müasir ekspozisiya metodlarından bəhs etmişdir. AAİ-nin Arxeoloji abidələrin qeydiyyatı və pasportlaşdırılması şöbəsinin müdiri, Dos. Mikayıl Mustafayev arxeoloji abidələrin rəqəmsal qeydiyyatı və elektron bazaların formalaşdırılması istiqamətində görülən işlər haqqında məlumat vermişdir.

Milli Azərbaycan Tarixi Muzeyinin böyük elmi işçisi, Dr. Aida İsmayılova və Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi, Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi, Dr. Laçın Mustafayev çıxışlarında muzey fondlarının rəqəmsallaşdırılması, mədəni irsin tədqiqində innovativ yanaşmalar və müasir texnologiyaların tətbiqi ilə bağlı fikirlərini iştirakçılarla bölüşmüşlər.



Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR