dini radikalizm və ekstremizmlə mübarizə

Dövlət Proqramı çərçivəsində Amerika Birləşmiş Ştatlarının Pennsylvania State University-də təhsil alan doktorantın seminarı təşkil ediləcək


Dövlət Proqramı çərçivəsində Amerika Birləşmiş Ştatlarının Pennsylvania State University-də təhsil alan doktorantın seminarı təşkil ediləcək
Təbiət Elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsi və Neft mühəndisliyi departamentinin təşkilatçılığı ilə “Səthi aktiv maddənin inyeksiyasının əsasları” mövzusunda seminar keçiriləcək.
Doktorant Nicat Qasımlı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyini artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Xəzər Universiteti ilə üçtərəfli müqavilə əsasında Amerika Birləşmiş Ştatlarının Pennsylvania State University-də “Enerji və Mineral Mühəndisliyi” ixtisası üzrə doktorantura təhsili alır.
Seminar 7 may 2026-ci il tarixində, saat 19:00-da Teams platforması üzərindən online formada təşkil olunacaqdır. İştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə seminara qoşula bilərlər:
Link:
https://teams.microsoft.com/meet/46143311565719...

Oxunub: 44
Oxşar xəbərlər
SON XƏBƏRLƏR