14 may 2026-cı il tarixində, saat 14:00-da Xəzər Universitetinin Nizami korpusunda müasir iqtisadiyyatın ən aktual mövzularını əhatə edən elmi-praktik forum baş tutacaq. “Süni intellekt, ağıllı iqtisadiyyat və rəqəmsal transformasiya şəraitində universitet-sənaye əməkdaşlığının aktual məsələləri” mövzusunda təşkil olunan tədbirdə yerli və xarici mütəxəssislər məruzə ilə çıxış edəcəklər.
Forumun spikerləri:
Həsən Rəhimli
Polad Orucov
Can Özcan (Hasan Kalyoncu Universiteti, Türkiyə)
Tədbirdə süni intellektin iqtisadiyyata təsiri və elmi müəssisələrlə sənaye sahələri arasında rəqəmsal bağların qurulması yolları müzakirə ediləcək.
Məkan: Nizami korpusu, otaq 44 (Lumos Room)
Saat: 14:00 – 15:00
Oxunub: 48