dini radikalizm və ekstremizmlə mübarizə

Moldova təyyarəsi Türkiyədə saxlanıldı


Antalya hava limanında Moldova sərnişin təyyarəsi saxlanılıb.

Djb.az "Ölkə.az"-a istinadən xəbər verir ki, bu barədə iyunun 5-də “Air Moldova” şirkətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, sərnişinlər Antalya hava limanında 9-14 saat vaxt keçirməli olublar.

Moldova mediası təyyarənin aviadaşıyıcının türk şirkətlərinə olan borclarına görə saxlanıldığını yazıb. “Air Moldova” isə bu məlumatları təkzib edib.

“Hazırda “Air Moldova”nın Türkiyə provayderinə faktiki olaraq heç bir borcu yoxdur”, - aviaşirkətin press-relizində qeyd edilib.

Oxunub: 282
Oxşar xəbərlər
SON XƏBƏRLƏR