dini radikalizm və ekstremizmlə mübarizə

“SmarTech-I” Yaşıl və Ağıllı gələcək naminə İnnovasiya müsabiqəsi keçirilib


“SmarTech-I” Yaşıl və Ağıllı gələcək naminə İnnovasiya müsabiqəsi keçirilib

Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecində “Yaşıl və Ağıllı gələcək naminə İnnovasiyalar” şüarı ilə “SmarTech-I” innovasiya müsabiqəsinin final mərhələsi keçirilib.

Gənclərin innovativ düşüncəsinin, texnoloji bacarıqlarının və yaradıcı ideyalarının nümayiş etdirilməsi məqsədi daşıyan müsabiqədə müxtəlif təhsil müəssisələrini təmsil edən komandalar öz layihə və prototiplərini təqdim ediblər.

Tədbir çərçivəsində Sumqayıt Dövlət Universitetinin rektoru professor Nurəli Yusifbəyli və Sumqayıt Dövlət Texniki Kollecinin direktoru kimya üzrə fəlsəfə doktoru Əsmər Vəliyeva gənclərə xoş arzularını çatdıraraq, onların innovativ ideyalarının və təşəbbüslərinin dəstəklənməsinin vacibliyini vurğulayıblar. Çıxışlarda gənclərin yaratdığı layihələrə verilən dəyər, onların inkişafına göstərilən diqqət və gələcəyin innovatorlarının formalaşmasında belə təşəbbüslərin rolu xüsusi qeyd olunub.

Müsabiqənin final mərhələsində iştirakçılar hazırladıqları innovativ layihə və prototipləri təqdim edib, öz ideyalarını münsiflər heyətinə nümayiş etdiriblər. Layihələr innovativlik, praktiki əhəmiyyət, texnoloji həll və təqdimat bacarığı kimi meyarlar əsasında qiymətləndirilib.

“SmarTech-I” gənclərin yalnız öz ideyalarını nümayiş etdirdiyi deyil, həm də bir-birindən öyrəndiyi, yeni əlaqələr qurduğu və gələcək layihələr üçün motivasiya qazandığı platformaya çevrilib.

Tədbirin sonunda fərqlənən komandalar mükafatlandırılıb. Müsabiqə gənclərin yaradıcılıq və təşəbbüskarlıq potensialının üzə çıxarılması, innovativ düşüncənin təşviqi və müasir texnologiyalara marağın artırılması baxımından əhəmiyyətli təşəbbüs kimi yadda qalıb.



















Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR