Xəzər Universitetində 2026- cı il sentyabrın 8- də D-r Elvin Əhmədova “Yüksək Ehtiram” beynəlxalq mükafatının təqdimedilmə mərasimi keçirilib. D-r Elvin Əhmədov uzun illərdir neft-qaz sənayesi, elm və təhsil sahələrində səmərəli fəaliyyət göstərən, elmi-pedaqoji fəaliyyəti ilə gənc mütəxəssislərin yetişməsinə töhfə verən alim və mütəxəssislərdəndir. Hazırda Xəzər Universitetində departament müdiri kimi, eyni zamanda, SOCAR-da Yataqların qiymətləndirilməsi və karbohidrogen ehtiyatlarının idarə olunması istiqamətində rəhbər vəzifədə fəaliyyət göstərir. Onun tələbələr və gənc tədqiqatçılarla işi də bu fəaliyyətin mühüm istiqamətlərindəndir. Elmi fəaliyyəti yalnız elmi məqalələrlə məhdudlaşmır. O, tələbələrin, gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunmasına, beynəlxalq konfranslarda iştirakına və onların peşəkar inkişafına dəstək verən layihələrdə də fəal iştirak edib.
Tədbirdə Xəzər Universitetinin rektoru D-r Raziyə İsayeva, SOCAR-ın vitse-prezidenti D-r Arzu Cavadova, SOCAR-ın Departament rəisi Dr Nazim Vəliyev, şöbə rəisi Rasim Vəliyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti Gültər Nəsibova, eləcə də universitet və SOCAR-ın çoxsaylı nümayəndələri Elvin Əhmədovun elmi və peşəkar fəaliyyəti barədə önəmli fikirlər söyləyib və öz səmimi təbriklərini bildiriblər.
Oxunub: 0