dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanda qida məhsullarının sınağı laboratoriyaları akkreditasiyadan keçəcək

Azərbaycanda qida məhsullarının sınağı laboratoriyaları akkreditasiyadan keçəcək

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida məhsullarının sınağı üçün 4 laboratoriyanın akkreditasiyası üzrə işlərə başlayıb ki, onlardan artıq ikisi üzrə hazırlıq prosesi tamamlanıb.

Bunu "APA-Economics"ə qida təhlükəsizliyi sahəsində çalışan mənbə deyib.

Məlumata əsasən, gələn ilin əvvəlində akkreditasiya şirkətləri ilə işlər aparılacaq və ilin ortalarına həmin laboratoriyalar üzrə akkreditasiya prosesi başa çatdırılacaq.

"Hazırda Agentlik yerli akkreditasiyaların keçirilməsi ilə bağlı müvafiq orqanlarla iş aparır. Görülən işlərin əsas məqsədlərindən biri Dövlət Akkreditasiya Xidmətinin akkreditasiya nəticələrinin beynəlxalq səviyyədə tanınmasıdır ki, bu istiqamətdə artıq yaxın illər ərzində konkret nəticələrin əldə olunacağı gözlənilir. Ölkənin akkreditasiya qurumunun müvafiq beynəlxalq təşkilatlarına üzv olması təkrar akkreditasiyaya proseduralarının keçməsinə zərurət yaratmayacaq. Belə ki, milli akkreditasiya artıq beynəlxalq akkreditasiya kimi qəbul ediləcək", - deyə mənbə bildirib.

Oxunub: 517
Oxşar xəbərlər
SON XƏBƏRLƏR