dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanda toyuq əti niyə bahalaşıb?

Azərbaycanda toyuq əti niyə bahalaşıb?

Statistika Komitəsi hələ ki, 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məlumat yayıb – bu dövrdə 53 min ton quş əti istehsal olunub. 2025-ci ilin eyni dövründə bu rəqəm 51 min ton idi – yəni, istehsalda azalma yoxdur.

Djb.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli toyuq ətinin qiymətinin artması ilə bağlı qeyd edib.

O bildirib ki, qiymət artımının bir neçə səbəbi var:

1) 2026-cı ilin əvvəlindən dizel yanacağı 10% bahalaşıb – bu da yem və hazır məhsul daşıma xərclərinə təsir edib;

2) Quş əti istehsalçılarının əlavə tənzimləmə qaydalarına, nəzarətedici qurumların fəaliyyətinə görə maliyyə yükü, yəni xərci artıb;

3) Yem və dərmanların qiyməti yüksəlib;

4) Nəhayət, ən vacib məsələlərdən biri – qırmızı ət, yəni, mal-qoyun əti kəskin bahalaşıb deyə, camaat daha ucuz olan toyuq əti almağa üstünlük verir, tələb yüksəlir, təklif isə istənilən templə artmır".

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR