dini radikalizm və ekstremizmlə mübarizə

Məzun könüllülərə sertifikatlar təqdim olunub

Məzun könüllülərə sertifikatlar təqdim olunub

Djb.az Nazirliyin saytına istinadən xəbər verir ki, bir qrup gənc İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) könüllü fəaliyyətini uğurla başa çatdırıb.

Gənclərə əmək vərdişlərinin aşılanması, onların bilik və bacarıqlarının, dünya görüşünün artırılması, gənc mütəxəssislərin və tələbələrin sahibkarlığa cəlb edilməsinin təşviqi məqsədilə Agentlikdə həyata keçirilən "KOB Könüllüləri Proqramı"nın məzunlarına sertifikatlar təqdim edilib.

Qeyd edək ki, indiyədək 70-ə yaxın gənc KOBİA-da könüllü fəaliyyətinə cəlb olunub. Onlardan 25-i hazırda Agentlikdə və regionlardakı “KOB Dostu” şəbəkəsində könüllü kimi çalışır.

Oxunub: 522
Oxşar xəbərlər
SON XƏBƏRLƏR