Xəzər Universiteti Kompüter Elmləri Departamentinin fəaliyyətinin səmərəli təşkilinə töhfə verə biləcək, yüksək təşkilatçılıq və kommunikasiya bacarıqlarına malik namizədləri Departament Assistenti vəzifəsinə müraciət etməyə dəvət edir.
Əsas vəzifə öhdəlikləri:
-Departamentin gündəlik inzibati və təşkilati fəaliyyətinin koordinasiyasını həyata keçirmək;
-Tədris proqramları, sillabuslar və digər akademik sənədlərin hazırlanması və yenilənməsi prosesində departament rəhbərliyinə dəstək göstərmək;
-Departament üzrə hesabatların və digər sənədlərin hazırlanmasında iştirak etmək;
-Universitetin digər struktur bölmələri ilə işgüzar əlaqələrin koordinasiyasını həyata keçirmək;
-Departament iclaslarının təşkilinə dəstək göstərmək, iclas protokolların tərtib edilməsini təmin etmək;
-Beynəlxalq tərəfdaşlarla yazışmaların və əməkdaşlıq fəaliyyətlərinin təşkilinə dəstək göstərmək;
-Seminar, təlim, konfrans və digər akademik tədbirlərin təşkilində iştirak etmək;
-Tələbələrin təcrübə, layihə və akademik fəaliyyətlərinin koordinasiyasını təşkil etmək;
-Departament müdiri tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Tələblər:
-Uyğun profil üzrə magistr təhsili;
-Azərbaycan və ingilis dillərində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
-MS Office proqramlarında sərbəst işləmək bacarığı;
-Sənədlərlə işləmək və hesabat hazırlamaq bacarığı;
-Yüksək təşkilatçılıq, planlaşdırma və vaxtın idarə edilməsi bacarığı;
-Məsuliyyətlilik və təşəbbüskarlıq.
Maraqlanan namizədlər CV-lərini 31 avqust 2026-cı il tarixinə kimi "Kompüter Elmləri Departamentinin Assistenti" başlığı ilə idrak.aliyev@khazar.org elektron poçtuna göndərə bilərlər.
Yalnız ilkin seçim mərhələsini uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.
Oxunub: 65