dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda oğurluq edən şəxslər saxlanılıblar

Bakıda oğurluq edən şəxslər saxlanılıblar

Binəqədi rayonu ərazisində yerləşən şirkətlərin birindən elektrik avadanlıqları oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən 36 yaşlı E.Quliyev və 40 yaşlı M.Gülməmmədov saxlanılıblar. Araşdırmalarla saxlanılan şəxslərin elektrik avadanlıqlarını işlədikləri məkandan oğurladıqları müəyyən edilib.

Yasamal rayonu ərazisində yerləşən mağazaların birindən isə nağd pul vəsaiti və 4 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən H.Məsimzadə və E.Zeynalov da müəyyən olunaraq saxlanılıblar.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR