Bakıda metro stansiyalarında yaranan sıxlıq aradan qaldırılıb.
Milli.Az bildirir ki, bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə, interval saat 9:45-də bərpa olunub:
"Hazırda intervalda gecikmə yoxdur, stansiyalarda sərnişin sıxlığı aradan qaldırılıb".
Xatırladaq ki, bu gün səhər saat 08:15 radələrində metronun "Nəriman Nərimanov" stansiyasında işarəvermə avadanlığında baş vermiş texniki nasazlıq səbəbindən qatarların hərəkət intervalında gecikmə baş verib, nəticədə stansiyalarda sərnişin sıxlığı yaranıb.
-----------
08:57
Bakıda metroda qatarların hərəkətində problem yaranıb.
Milli.Az xəbər verir ki, Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nəsimi Paşayev Trend-ə bilidirib ki, "Nəriman Nərimanov" stansiyasında işarəvermə avadanlığında baş vermiş texniki nasazlıq səbəbindən saat 08:15-dən etibarən qatarların hərəkət intervalında gecikmə baş verir:
"Nasazlığı aradan qaldırmağa çalışırıq. Yaranmış narahatlığa görə üzr istəyirik".
---------
08:53
Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.
Milli.Az bildirir ki, səhər saatlarında qatar 20-25 dəqiqə "Ulduz" və "Nəriman Nərimanov" stansiyası arasında tuneldə dayanıb.
Daha sonra "İçərişəhər" stansiyasına gedən qatar elan edilmədən "Dərnəgül"ə istiqamət alıb.
Təhməz Təkin
Milli.Az
Oxunub: 919