dini radikalizm və ekstremizmlə mübarizə

Seriallarımızda aktyorlar niyə öz paltarlarını geyinir? – AÇIQLAMA

Seriallarımızda aktyorlar niyə öz paltarlarını geyinir? – AÇIQLAMA
Dünya praktikasında nəzər yetirsək, “Game of Thrones”dan tutmuş “Aşk-ı memnu” kimi seriallara qədər hər bir aktyorun geyiminə diqqət edən stilisti var. Onlar səhnəyə uyğun olaraq aktyorun geyimini seçir, hətta aksessuarları belə ona görə tənzimləyir. Ancaq bizim yerli seriallara baxdıqda, bu hala çox az rast gəlinir. Geyim məsələsinin problemli olduğu bir ekran işi də “Xəzər” TV-də yayımlanan “Lal yuxu” serialıdır.

Belə ki, sözügedən serialda aktyorların öz geyimlərindən istifadə etməsi diqqətdən qaçmayıb.

Məsələ ilə bağlı serialın ideya müəllifi və baş rol ifaçısı Oksana Rəsulova Oxu.az-ın suallarını cavablandırıb:

“Xeyr, aktyorlar orada öz geyimlərindən istifadə etmir. Onlardan yalnız üçü - Emil Bədəlov,Şəhriyar Əbilov və Türkay Cəfərli öz libaslarından istifadə edir. Türkayın bəzi paltarları prodakşn tərəfindən verilir. Ancaq Şəhriyar sırf öz üslubu ilə geyinir deyə, başqa paltarları istifadə etmir. Serialdakı obrazı yazılarkən biz onu nəzərə alıb, obrazını Şəhriyara uyğun yazmışıq”.

Ekran işində Ayxan obrazını canlandıran Türkay Cəfərli isə məsələyə belə münasibət bildirib:

“Bir-iki səhnədə öz paltarımı geyinmişəm. Geyimlərimin 98%-i şirkət tərəfindən qarşılanır. Bir epizodda çəkilişə gecikmişdim deyə, öz geyimimlə çəkildim. Ayxan obrazı bir az çılğın tipajdır, ona görə mənim geyim tərzim ona uyğun gəlir”.

Qeyd edək ki, eyni problemlər başqa seriallarda da mövcuddur. Aktyorların serialdakı obrazlarında öz şəxsi qarderobundan istifadə etməsi prodakşnların az büdcə ayırmasından və rəssam işinin zəif olmasından irəli gəlir.

Oxunub: 1 145
Oxşar xəbərlər
SON XƏBƏRLƏR