İlahə Xuduqizinin rehberi olduğu Əsmanur uşaq bağçasının Xırdalan dairəsində yerləşən filialında 8 Noyabr – Zəfər Bayramına həsr olunmuş tədbir böyük sevinc və xüsusi bayram əhval-ruhiyyəsi ilə keçirildi. Bayram münasibətilə bəzədilmiş bağçada uşaqlar üçün maraqlı və yaddaqalan bir gün təşkil olundu.
Tədbir zamanı balacalara Zəfərin mənası, Vətən sevgisi, qəhrəmanlıq, milli birlik və torpağa bağlılıq haqqında məlumat verildi. Uşaqlar Vətənimizin tarixini, Zəfər Gününün xalqımız üçün daşıdığı böyük əhəmiyyəti daha yaxından öyrəndilər.
Filial rəhbəri Könül xanım uşaqlarla apardığı maarifləndirici söhbətlər vasitəsilə onlara vətənpərvərlik ruhunu aşıladı, Vətənini sevən, milli dəyərlərinə hörmət edən vətəndaş kimi böyüməyin vacibliyini vurğuladı.
Gülərüz balacaların sevinci, bayram əhval-ruhiyyəsi və öyrəndikləri yeni biliklər bu günü daha da mənalı etdi. Çünki Vətən sevgisi kiçik yaşlardan başlayır, Zəfər qüruru isə gələcək nəsillərin qəlbində yaşadılır!
Əsmənur uşaq bağçası olaraq məqsədimiz yalnız təhsil vermək deyil, həm də Vətənini sevən, milli ruhda böyüyən vətəndaşlar yetişdirməkdir.
Oxunub: 0