dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevir Dövlət Universitetinin kollektivi 8 Noyabr – Zəfər Günü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib.


Mingəçevir Dövlət Universitetinin kollektivi 8 Noyabr – Zəfər Günü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib.
8 noyabr 2026-cı il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) professor-müəllim və inzibati heyəti, eləcə də tələbələri 8 Noyabr – Zəfər Günü münasibətilə Mingəçevir şəhərindəki Şəhidlər xiyabanını ziyarət ediblər.

Ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb.

Şəhidlərin Vətənə sədaqəti və fədakarlığı xalqımızın milli yaddaşında əbədi yaşayır. Onların qəhrəmanlıq nümunəsi gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində, milli birlik və dövlətçilik dəyərlərinə bağlılığının möhkəmlənməsində mühüm mənəvi əhəmiyyət daşıyır.

Mingəçevir Dövlət Universitetinin kollektivi Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla anır, onlara Allahdan rəhmət diləyir.

Esmira Hidayətova/Mingəçevir



Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR