Rusiya Prezidenti Vladimir Putinin proqramında türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Ukrayna mövzusunda danışıq yoxdur.
Djb.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov deyib.
“Lazım gələrsə, Ərdoğanla danışıqları proqrama əlavə edə bilərik”, - deyə Peskov bildirib.
Qeyd edək ki, Ərdoğan bu həftə Putin və Zelenski ilə telefon danışığı aparacağını söyləmişdi.
Oxunub: 494