ÜST tərəfindən tanınmış peyvəndlərə qarşı çoxsaylı metodlardan və beynəlxalq diskriminasiyadan istifadə etməklə “peyvənd millətçiliyinin” davam etdirilməsi qəbuledilməzdir.
Djb.az konkret.az-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Romada keçirilən G20 sammitində mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2021-ci ildə başlanan bərpa prosesinə baxmayaraq, dünya iqtisadiyyatı hələ də ciddi problemlərlə üzləşib.
“Qlobal maliyyə sisteminə nəzarət edən təşkilatlar siyasi manipulyasiya alətinə çevrilməməlidir”, – deyə Ərdoğan vurğulayıb.
Türkiyə prezidenti ətraf mühiti ən çox çirkləndirən ölkələrin qeyri-qanuni miqrasiya xərclərinin iqlim dəyişikliyi ilə mübarizəyə xərclədikləri məbləğdən iki dəfə çox olmasını utancverici adlandırıb.
Oxunub: 406