dini radikalizm və ekstremizmlə mübarizə

Güclü Azərbaycan İran üçün həmişə təhdiddir


İranın Azərbaycana qarşı məkri son 30 ildə hər zaman hiss olunub.. Onlar Azərbaycanı əsla demokratik, güclü, problemlərini həll etmiş vəziyyətdə görmək istəmirlər. Güclü Azərbaycan istər Xəzər akvatoriyasında, istər quru sərhədləri boyunca İran üçün daima bir təhdiddir. Lakin Türkiyə belə düşünmür. Türkiyə güclü Azərbaycanın olmasını nəinki istəyir, hətta, buna şərait yaradaraq dəstək də olur. Çünki, Türkiyə strateji planlarının həyata keçməsində Azərbaycanı özünə həqiqi qardaş gözündə görüb, kürəyini güclü, dayanıqlı bir qardaşa söykəmək istəyir. İran isə Azərbaycanı özündən kiçik görməklə onu özünün vassalı kimi görməyi arzulayır. Yaxın qonşuluq münasibətlərində xarakteri olan dövlətlər üçün, bu, qəbuledilməz haldır. Azərbaycan, artıq, bütün dünyada öz sözü, sözünün çəkisi olan, etibarlı, sadiq, praqmatik düşüncəli, dünyəvi, demokratik düşüncəyə meyilli, stabil olaraq inkişaf edən bir dövlət kimi qəbul edilir.
O, Ermənistandır ki, azadlığını elan etdiyi gündən özünü Rusiyanın və İranın vassalı kimi aparır. Onlara bütün ixtiyarını verib. Bir ölkənin ki, sərhədlərini başqası qoruyur, iqtisadiyyatı tamamilə başqasının verəcəyi qərarlardan asılıdır, o ölkə əsarət altındadır. Ermənistanı bu vəziyyətə bundan qabaqkı xəstə təfəkkürlü rəhbərləri və dini ideoloqları gətiriblər. Onlar güclü dövlətlərdə birlik yaradır və müxtəlif üsullarla (bir -birindən şərəfsiz, ləyaqətsiz üsullardır) həmin ölkələrin qərarlarına təsir edərək öz məkrli milli maraqlarına uyğun nəticə əldə etməyə ümid edirlər. Məhz, bu xaraktersizlikdir. Ona görə də, hər zaman başqa güclü dövlətlər tərəfindən maşa kimi istifadə olunurlar. Azərbaycan isə belə xaraktersizliyə heç zaman qol qoymamışdır. Öz sərbəst qərarvermə müstəqilliyini çətinliklə olsa da, daima qoruya bilmişdir.
İran isə günü-gündən ehtiramla qarşılanan, güclü Azərbaycan görmək istəmədiyindən əlindən gəldiyi qədər istər Azərbaycanın daxilində, istərsə də, xaricində məkirli siyasətlərini davam etdirmişdir.
Ölkəmizin daxilində yaratdığı və yaymağa ciddi cəhd etdiyi dini propaqanda ilə zamanı gəldikdə ölkəmizin suverenliyinə, müstəqilliyinə təhdid formalaşdırmaq, bizi özündən asılı hala salmaq niyyətindədir. Təəssüfedicidir ki, bizim qanı bir, canı bir, dili bir soydaşlarımızın bəziləri bu propaqandaya uymaqda davam edirlər.
İran ideoloqranın təbliğat maşının funksiyaları həddindən artıq çox çeşidlidir. Onlar hər bir rayona, xüsusilə, İranla sərhəd bölgələrində hər küçəyə sirayət edərək, hər bir məhəllədə məclislərə, ziyafətlərə daxil olaraq öz zərərli təbliğatlarını insanlarımızın şüur altına yerləşdirirlər. Milli ləyaqət hissi olmayan insanlar isə şəxsi tamahkarlığını əsas tutaraq tora salınır, sonradan onların vasitəsilə müxtəlif yazılı və ya şifahi materiallar, dini kliplər, video-roliklər hazırlayaraq geniş kütlələr arasında təbliğ edirlər.
Bu və digər halları nəzərdə tutaraq, biz - vətəndaşlar daima ayıq-sayıq olmalı, İranın ölkəmizdə müxtəlif insanlardan istifadə edərək əl-qol açmasına imkan verməməliyik. Sadəlöhvlükləri ucbatından bu təbliğata uymuş iransevər soydaşlarımızın ayılmasına çalışmalıyıq.

Emin Hacısoy

Oxunub: 568
Oxşar xəbərlər
SON XƏBƏRLƏR