dini radikalizm və ekstremizmlə mübarizə

"Əsgərlər unudulanda ölürlər"...

"Əsgərlər unudulanda ölürlər"...

Bu gün Nizami kino mərkəzində "Əsgərlər unudulanda ölürlər" sənədli filminin nümayişi olmuşdur. Ssenari müəllifi Arif Əliyev, rejissor Rövşən Almuradlı, quruluşçu operator Rafiq Əliyev, bəstəkar Vaqif Gərayzadə, rejissor assistenti Sevindik Rəsulov, operator Elşən Bədəlov və məsləhətçi Qulu Məhərrəmlidir.
Bu film cümhuriyyət əsgərlərinin Yalamadakı 350 nəfərlik qarnizonunun böyük qəhrəmanlığını tərənnüm etməklə yanaşı, bu döyüşdə şəhid olanların ruhuna həsr olunmuş bir sənət töhfəsidir. Tarix həmişə öz qəhrəmanlarının adı ilə yazılır. Bu döyüşdə qəhrəmancasına həlak olanlar da tarixin şanlı səhifəsinə düşərək əbədi yaşayacaq. Qeyd edək ki, adları hələ də məlum olmayan 350 nəfər cümhuriyyətin ömrünü 2 saat da olsa uzada bilmişlər. Bütün yaradıcı heyəti təbrik edirik. Belə filmlərin mütəmadi yaranması və tamaşaçıya nümayişi məncə bu günümüz üçün çox aktualdı.

Təranə Feyzullayeva
"Əsgərlər unudulanda ölürlər"...

Oxunub: 968
Oxşar xəbərlər
SON XƏBƏRLƏR