dini radikalizm və ekstremizmlə mübarizə

"İslahat 100 minlərlə insanın pensiya və sosial müdafiə hüquqlarını bərpa edəcək"

"Vergilər Məcəlləsinə təklif edilən dəyişikliklər paketi özündə bir neçə məsələni əhatə edir. Vergi yükünün artırılması yolu ilə deyil, kölgədə fəaliyyət göstərənlərin vergitutmaya cəlb edilmə yolu ilə, vergitutma bazasının genişləndirilməsinin həyata keçirilməsini nəzərdə tutur".

SİA-nın xəbərinə görə, bunu vergilər naziri Mikayıl Cabbarov Milli Məclisdə Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı çıxış edərkən deyib.

O bildirib ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən, əmək haqqının üzərinə düşən fiskal yükün azaldılması ilə bağlı təqdim edilən dəyişikliklər sırasında başlıca yer tutur: "Məlum olduğu kimi qeyri-rəsmi əmək haqqı və qeyri-iş yerləri nəticəsində kölgə iqtisadiyyatında çalışan işçilər faktiki olaraq sosial sığorta və pensiya təminatı sistemindən kənarda qalırlar. İşçi əmək müqaviləsi olmadan çalışdıqda və əmək haqqı rəsmi müqavilədə göstərilmədikdə sosial sığorta haqları toplanılmır və ödənişlər fərdi pensiya hesabında əks olunmur. Bu da öz növbəsində işçilərin layiqli pensiya almaq hüququndan məhrum edir. Bu baxımdan təklif olunan islahat 100 minlərlə insanın pensiya və sosial müdafiə hüquqlarının bərpa edilməsini nəzərdə tutulur".

Nazirin sözlərinə görə, bəzi statistik rəqəmlərə nəzərə saldıqda görərik ki, əhalinin pul gəlirlərinin cəminin 25 faizinin əmək ödənişlərini təklif etdiyi halda, qonşu ölkələrdə bu 40-65 faizə qədərdir: "Ona görə də biz xüsusi olaraq vurğulayırıq ki, bu əmək haqları var sadəcə olaraq kölgədədir. Biz bu tədbirlərlə onların kölgədən çıxarılmasını təmin etmək istəyirik".

Oxunub: 689
Oxşar xəbərlər
SON XƏBƏRLƏR