dini radikalizm və ekstremizmlə mübarizə

DSMF-nin gəlirləri 11,96 faiz artıb

DSMF-nin gəlirləri 11,96 faiz artıb
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərində 11,96 faiz artım qeydə alınıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Report"a verilən məlumata görə, bu ilin yanvar-iyul aylarında nazirliyin yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 11,96 faiz və ya 239,11 milyon manat çox olmaqla, 2237,61 milyon manat olub.

O cümlədən, fondun məcburi dövlət sosial sığorta haqları üzrə gəlirləri 2017-ci ilin müvafiq göstəricisinə nisbətən 11,14 faiz və ya 131,47 milyon manat artaraq 1312,11 milyon manat təşkil edib.

Bu ilin 7 ayında Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların 63,15 faizi və ya 828,57 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 10,54 faiz və ya 78,99 milyon manat çox olmaqla proqnozun 104,23 faiz icra edildiyini göstərir.

Oxunub: 830
Oxşar xəbərlər
SON XƏBƏRLƏR