dini radikalizm və ekstremizmlə mübarizə

Millimiz Litvaya qarşı - Yenilənir

Millimiz Litvaya qarşı - Yenilənir
Milli komandamız bu gün yeni baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında ikinci oyununa çıxacaq.

Qol.az-ın məlumatına görə, yığmamız yoldaşlıq oyununda Bakıda Litva seçməsi ilə qarşılaşacaq. "Bakcell Arena"da keçiriləcək görüş saat 18:00-da başlayacaq.

Litva ilə oyun komandamızın bu yığmaya qarşı 3-cü matçı olacaq. Azərbaycan millisi bundan əvvəlki 2 qarşılaşmanın birində qalib (2:1), digərində isə məğlub (0:1) olub.

Qeyd edək ki, millimiz 4 gün öncə AÇ-2020-nin seçmə mərhələsində səfərdə Xorvatiyaya 1:2 hesabı ilə uduzub.


Yoldaşlıq oyunu

25 mart (bazar ertəsi)

18:00. Azərbaycan - Litva
Hakimlər: Fesnik Horatiu, Avram Valentin, Çerei Alexandru (Rumıniya), Orxan Məmmədov
Bakı. "Bakcell Arena"

Oxunub: 668
Oxşar xəbərlər
SON XƏBƏRLƏR