dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda DƏHŞƏT: Söyüşə görə qonşusunu baltaladı

Bakıda DƏHŞƏT: Söyüşə görə qonşusunu baltaladı


Bakıda kişi qonşusu tərəfindən baltalanıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə ötən gün saat 23 radələrində qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü İsmayılov Zəmanət Nəsir oğlu qonşusu 1977-ci il təvəllüdlü, Məmmədzadə Namiq Mövsüm oğlu ilə aralarında olan telefon danışığı zamanı sonuncunun ona söyüş söyməsi səbəbindən Bakı şəhəri, Sabunçu rayonu Məhəmmədi qəsəbəsi, Ə.Əliyev küçəsində balta ilə Məmmədzadə Namiq Mövsüm oğlunun baş nahiyəsindən bir neçə zərbə vurub.

Nəticədə ona alının sol nahiyəsinin, sol qulağın, qulaq seyvanının və sol gicgah nahiyəsinin kəsilmiş yaraları ilə nəticələnən xəsarətlər yetirib. Faktla bağlı Sabunçu RPİ-də araşdırma aparılır.

Oxunub: 166
Oxşar xəbərlər
SON XƏBƏRLƏR